https://innews.media/uploads/news/2023-02/_innews_a1ed864ac47864c37f89decc4_o.jpg
Salam 07:21
Göndərildi
Hardasan axı? 11:30
Göndərildi
Qorxuram artıq! 13:40
Cavab ver, sevgilim! 16:41
Göndərildi
Buradadırlar, əlvida, əzizim... 17:00
Göndərildi
Düşünün: milyonlarla oxundu mesajı, kədər hissi, qəlb qırıqlığı, göz yaşları...
Nə qədər yazıb-pozar insan? Nə qədər çabalayar? Necə yaşayar, yaşadanlar yaşamasa? Necə ağlayar insan, yanında güvənib baş qoyduğu çiyin olmasa?
Necə yaşanar yeniden yaşanılanlar?
Necə unudular, unutdurular duyğular?
Unudularmış... Duyğular da qəddarcasına öldürülərmiş insanlıqdan çıxınca...
Canlı... Adında can var, nəfəs var... Həyat, yenilik, yaşam var...
Yaşam... Canı olan biri qıya bilərmi başqa bir cana?! Bu qədər insafsız, bu qədər vicdansız!!!
Necə yaşayar bir can başqa canları cansız qoyarkən?!
Dəhşət deyəsim gəlir, amma dəhşətdən betərdir olanlar... Nə kəlimələr ifadə edir, nə də yazılar. Duyğuların yarısını belə yansıda bilərmi, həqiqətən şeirlər, esseler, hətta tədbirlər?
Bəs bizim tədbirimiz nədir? Beynimizə yazıldımı artıq "birlik" anlayışı? Qanımızda ən içdən hiss edə biləcək qədər canlı olduqmu, ola bildikmi, həqiqətən?
Bəlkə, insanları sevmirəm, xalqımı sevsəm belə. Öz içimizdə bir-birimizə qıyarkən belə xalqımıza qıymamaq diləklərimlə, ruhunuz şad-xürrəm olsun, şəhidlərimiz!
Aydan Qasımova
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Ən son xəbərləri səhifəmizdən də izləyin