logo
Rep ifaçısı PRoMete yeni trekini təqdim edib - VİDEO

Rep ifaçısı PRoMete yeni trekini təqdim edib - VİDEO

Rep ifaçısı PRoMete yeni trekini təqdim edib - VİDEO Rep ifaçısı PRoMete yeni trekini təqdim edib - VİDEO

Rep ifaçısı PRoMete (Pərviz İsaqov) konsert öncəsi sevənlərinə yeni trekini təqdim edib.

innews.media xəbər verir ki, "Röyalar" adlanan mahnının sözləri PRoMetenin özünə, musiqisi isə Mantra Beats-ə məxsusdur. Sözügedən iş sənətçinin rəsmi "YouTube" kanalında və bütün musiqi platformalarında təqdim olunub.  

“Mahnının sözlərini Mikayıl Müşfiqin “Gecə düşüncəsi” və Nazim Hikmətin “Yaşamağa dair” adlı şeirindən ilhamlanaraq yazmışam. Əslində ərsəyə gələn iş sevgiyə aid yox, daha çox fəlsəfi fikirlərlə zəngindir.  Elə mahnının əvvəlində də Mikayıl Müşfiqin “Gecə düşüncəsi” şeirindən bir bəndi Vüsal Orucov səsləndiri", - deyə PRoMete qeyd edib.

Xatırladaq ki, PRoMete 6 il aradan sonra martın 11-də "Elektra Events Hall"da musiqi heyətinin canlı müşayiəti ilə konsert verəcək.

PRoMete bildirib ki, gecədə bir çox tanınmış sənət adamı da onu tək qoymayacaqlar. Biletlər "iTicket.az" saytında və şəhərin bütün kassalarında satışdadır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media