logo
"İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsi tərəfindən "Təmiz Aran" ekoloji layihəsi həyata keçirilib

"İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsi tərəfindən "Təmiz Aran" ekoloji layihəsi həyata keçirilib

"İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsi tərəfindən "Təmiz Aran" ekoloji layihəsi həyata keçirilib "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsi tərəfindən "Təmiz Aran" ekoloji layihəsi həyata keçirilib

Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən "İdeyanı Reallaşdır 2022" fərdi qrant müsabiqəsinin qalibi Pərviz Səmədov tərəfindən "Təmiz Aran" ekoloji layihəsi həyata keçirilib.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılıgı ilə təskil olunan "Təmiz Aran" layihəsi ümumilikdə 4 gündən ibarət olub.

Bərdə və Ağcabədi regional "ASAN xidmət" mərkəzlərində və Yevlax rayon Heydər Əliyev mərkəzində layihə iştirakçıları ilə görüş keçirilib, daha sonra rayonun Şəhidlər xiyabanı ziyarət olunub ardınca Bərdə rayonunda Xan Meşəsi və Tərtər çayının sahilyanı ərazisi, Ağcabədi rayonunda Qarqar çayının sahilyanı ərazisi və yolkənarı tullantılı ərazilər, Yevlax rayonunda isə Kür çayının sahilyanı hissəsi və əhalinin sıx olduğu ərazilər ASAN Könüllüləri və GİKM Gənclərinin iştirakı ilə təmizlənib. Hər aksiyanın sonunda iştirakçı gənclər sertifikatlarla təltif olunub.

Yekunda isə Ağcabədi regional "ASAN xidmət" mərkəzində layihənin bağlanış mərasimi baş tutub. Bağlanış mərasimində Ağcabədi regional “ASAN xidmət” mərkəzinin direktoru Rəhim Qarayev, sektor müdiri Fuad Quliyev və mərkəzin əməkdaşları, Gənclər üçün Təhsil mərkəzinin Qarabağ regional Ofisinin rəhbəri Radə Telmanqızı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin əməkdaşı Leyla Zalova, Aran Qəzetinin əməkdaşı Rəmziyyə Həsənova və layihənin iştirakçıları olan ASAN Könüllüləri və GİKM-in Gəncləri iştirak edib.

Bağlanış mərasimində rəsmilər çıxışlar edib, hər 3 rayondan layihə müddətində fəallığı ilə fərqlənən iştirakçılar təltif edilib. Sonda isə təmizlənmiş ərazilərin əvvəl-sonra hallarından ibarət foto sərgi baş tutub. Yekunda iştirakçılar üçün filmklub təşkil olunub.

Layihə ümumilikdə 100-ə yaxın gəncin iştirakı ilə 3 Aran iqtisadi rayonunu əhatə edib.

Layihənin əsas məqsədi ətraf mühitin təmizlənilməsi, əhalinin sıx olduğu ərazilərin tullantılardan azad edilməsi və cəmiyyətimizdə ekoloji məsuliyyətin gücləndirilməsidir.

Layihənin davamlılığının qorunması üçün hər 3 rayondan 1 nəfər ekoloji müvəkkilər seçilib. Gələcək üçündə mütəmadi şəkildə həmin ərazilərin təmizliyinin qorunması məqsədi ilə aksiyalar davam etdiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media