logo
Binəqədi Gənclər Evində Qənirə Paşayeva ilə görüş keçirilib

Binəqədi Gənclər Evində Qənirə Paşayeva ilə görüş keçirilib

Binəqədi Gənclər Evində Qənirə Paşayeva ilə görüş keçirilib Binəqədi Gənclər Evində Qənirə Paşayeva ilə görüş keçirilib

Binəqədi Gənclər Evində “İmza saatı” layihəsinin qonağı Azərbaycan  Respublikasının Milli Məclisinin deputatı Qənirə Paşayeva olub.

“Heydər Əliyev ili”nə həsr olunan “Heydər Əliyev və gənclik” mövzusunda keçirilən görüşdə  Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev, Qırğız Respublikasının Manas teatrının direktoru Aziz Bıymırza, Özbəkistan Gənclər İşləri Agentliyinin başqan yardımçısı, şair Mehrinaza Abbas, yazar-publisist Dilrabo Norkulova, Türk Ədəbiyyatı Vəqfinin yazı işləri başqanı Enver Aykol, Başqırdıstan Yazıçılar Birliyinin sədri Aygiz Baymuhammed, Qazaxıstan Yazıçılar Birliyinin bölüm başqanı Baurxan Xəliulla, Türk xalqları arasında ədəbi əlaqələri inkişaf etdirmə vəqfi" başqanı

Erkinbek Serikbay iştirak ediblər.

Tədbirin açılışında moderator Fərəh Quliyeva görüşün mahiyyətini haqqında məlumat verərək, iştirak edən qonaqları təqdim edib.

Daha sonra Qənirə xanım Paşayevaya çıxışına başlayıb.

Çıxışı zamanı Ümummilli Lider  Heydər Əliyevin gənclərin inkişafına necə önəm verdiyindən, onlar üçün  yaratdığı şəraitdən danışıb.

Qənirə xanım, Ümummilli Lider Heydər Əliyev ilə birlikdə iştirak etdiyi konfransların hazırlıq prosesindən də danışıb.

O çıxışı zamanı gənclərə nəinki öz taxiximizi, ədəbiyyatımızı, dilimizi, mədəniyyətimizi yaxşı mənimsəməyi tövsiyyə edib, o qeyd edib ki, Türk dünyasını da öyrənmək lazımdır.

Daha sonra iştirak edən qonaqlara söz verilib. Onlar Azərbaycanda olmağın verdiyi qüruru xüsusilə vurğulayıblar.

Tədbirdə “Unity Company” şirkətinin direktoru Fikrət Əliyev tərəfindən iştirak edən qonaqlara, gənclərə kitab, xarıbül nişanələri hədiyyə edilib.

Ümumillikdə 300 kitab Binəqədi Gənclər Evinə təqdim olunub.

Sonda xatirə şəkli seçilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media