https://innews.media/uploads/news/2023-01/_innews_2f90e90ae0390e8b2c8ece6d0_o.jpg
ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Gənc Diplomatlar üçün Xarici Siyasət Proqramın iştirakçıları Bakı Limanında olublar.
2022-ci ilin oktyabr - 2023-cü ilin may ayı ərzində həyata keçirilən bu proqramda iştirak edən XİN-nin müxtəlif strukturında çalışan 40 nəfər gənc diplomat Bakı Limanının rəhbərliyi ilə görüşüb. İnteraktiv müzakirələr zamanı qonaqlara limanın regiondakı əhəmiyyəti, Azərbaycanın qlobal nəqliyyat şəbəkəsindəki rolu və "hub strategiyası", limanın əməliyyat imkanları, o cümlədən limanın yeni inkişaf perspektivləri barədə məlumat verilib və onları maraqlandıran suallar müzakirə edilib.