https://innews.media/uploads/news/2023-01/_innews_0d9555338cdd41a3f6ad51eec_o.jpg
Yanvarın 13-də Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.
Görüş gömrük-biznes münasibətlərinin daha işgüzar və səmərəli şəkildə qurulması, gömrük sahəsində tətbiq edilən yeniliklər, layihələrlə bağlı sahibkarların məlumatlandırılması, fikir və rəylərinin öyrənilməsi məqsədilə keçirilib.
Görüşdə nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi, alkoqollu içkilər, tütün məmulatları, həmçinin aksizlərlə bağlı sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların sualları ətraflı cavablandırılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin