https://innews.media/uploads/news/2023-01/_innews_c6cc22388e2c2d2f86c7efc8c_o.jpg
Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” qrant müsabiqəsinin qalibi Elşən İsmayılovun “Qarabağnamə” layihəsinin təlimləri başa çatıb.
Təlimin sonuncu günü layihə iştirakçıları Azərbaycanın döyünən ürəyi Qarabağın mədəniyyəti, incəsənəti, musiqisi, məşhur musiqiçiləri və tanınmış şəxsiyyətləri ilə bağlı məlumat əldə edib. Təlim zamanı onlar üçün maraqlı olan suallara cavab tapan iştirakçılar komanda şəklində müxtəlif tapşırıqlar yerinə yetirib.
Ümumilikdə layihə çərçivəsində Mingəçevirdə yaşayan və təhsil alan gənclərin Qarabağın tarixi, adət-ənənələri, milli-mədəni irsi, coğrafi və strateji mövqeyi, tarix-mədəniyyət abidələri, mədəniyyət evləri, kitabxanalar, teatr, musiqi məktəbləri və muzeylər ilə bağlı məlumatlılıq səviyyəsi artırılıb. 30 ilə yaxın müddətdə davam edən erməni işğalı nəticəsində Qarabağa vurulan zərər, hərbi təcavüz və işğalçılıq siyasətinin əsl məqsədləri, 30 ilə yaxın davam edən həsrətə son qoyan Rəşadətli Ordumuzun döyüş hazırlığı, hərbi gücü ilə bağlı biliklərə yiyələniblər.
Təlimin sonunda Qarabağ musiqilərindən ibarət konsert proqramı təşkil olunub.
Təlimi uğurla bitirən gənclər sertifikatlarla təltif edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin