https://innews.media/uploads/news/2023-01/_innews_08b579e72dfb2683f1f0ec25a_o.jpg
Yanvarın 5-də Azərbaycan Texniki Universitetində (AzTU) bakalavriat və magistratura (əyani) səviyyələrində 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. Sessiya fevralın 1-də yekunlaşacaq.
Qiyabi təhsil alanlar üçün imtahan sessiyası isə 5-11 yanvar tarixlərini əhatə edəcək.
İmtahanlar əyani təhsil alanlar üçün şifahi və test (humanitar fənlər) üsulu ilə keçirilir. Qiyabi təhsil alan I, II, III kurslar üçün imtahanlar test, IV və V kurslar üçün isə şifahi üsulla təşkil edilib.
Şifahi imtahanların keçirilməsi üçün AzTU-da 75 imtahan otağı, test imtahanları üçün isə 8 kompüter zalı ayrılıb.
Bakalavriat səviyyəsində təhsil alan 8400, magistratura səviyyəsində isə 1800 tələbənin qış imtahan sessiyasında iştirakı nəzərdə tutulub.
Sessiya zamanı üzrlü səbəblərdən imtahanda iştirak etməyən tələbələrə fevralın 3-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.
Qeyd edək ki, sessiyanın gedişinə nəzarət, həmçinin şəffaflığın təmin olunması məqsədilə AzTU-da Apelyasiya Komissiyası, İmtahan Qərargahı və "Qaynar xətt" fəaliyyət göstərir.
Ən son xəbərləri səhifəmizdən də izləyin