logo
Azərbaycan Basketbol Liqasında 12-ci tura start verildi

Azərbaycan Basketbol Liqasında 12-ci tura start verildi

Azərbaycan Basketbol Liqasında 12-ci tura start verildi Azərbaycan Basketbol Liqasında 12-ci tura start verildi

5 yanvar tarixində "Sərhədçi" İdman Mərkəzində, "AAAF Xırdalan BK" və "Sərhədçi PİK" basketbolçuları arasında keçirilən qarşılaşma ilə Azərbaycan Basketbol Liqasında (ABL) 12-ci turun açılış oyunu baş tutdu. Əlavə vaxta gedən oyunun sonunda "Sərhədçi PİK" basketbolçuları parketdən 78-75 hesablı qələbə ilə ayrıldılar. Rəqiblərindən bir oyun artıq keçirən Sərhədçilər, həftə sonuna qədər turnir cədvəlinin ilk pilləsində qərarlaşacaqlar. Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Endryu Korum - 21 xal, 21 ribaund ), "Sərhədçi PİK" ( Brendon Miller - 23 xal, 7 ribaund )

Qeyd edək ki, 12-ci turun digər oyunları ( "Sabah BK" - "NTD BK", "Neftçi İK" - "Gəncə BK", "Zirvə Astara BK" - "Olimpik Şəki BK" ) 7 və 8 yanvar tarixlərində keçiriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media