logo
Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib Neftçalanın icra başçısı növbəti səyyar qəbul keçirib

Neftçala Rayon İcra Hakimiyyəti başçısı Kürqarabucaq kəndinin sakinləri ilə ilin sonuncu səyyar qəbulunu həyata keçirib. ⠀

⠀ ⠀⠀⠀

Vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və kənd sakinləri iştirak edib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Aşağı Qaramanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi çıxış edərək Kürqarabucaq kəndi haqqında görüş iştirakçılarına və qonaqlara geniş məlumat verib.

Çıxış edənlər “Milli birliyimiz və həmrəyliyimiz əbədidir” mövzusunda görüş iştirakçılarını məlumatlandırıblar və həmrəyliyimizin əsasında bir çağırışla böyük vətənimizi parça-parça hissələrdən toparlayıb vahid bir gücə çevirməyə, Yer kürəsinin hər bir guşəsində qərar tutan soydaşlarımızı da Azərbaycan amalı ətrafında səfərbər etməyə nail olan Heydər Əliyevin fitri zəkası və məramının yer alması, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı düşməndən azad etməsi, azad olunan ərazilərdə aparılan yenidənqurma işləri haqqında danışıblar.

Görüşdə çıxış edən Neftçala RİH başçısı Mirhəsən Seyidov 44 Günlük Vətən müharibəsindən, müharibədə iştirak edən vətən oğullarının igidliyindən, döyüş yolundan və sentyabr ayının 12-dən 13-nə keçən gecə düşmənin təxribatı zamanı hərbiçilərimizin qəhrəmancasına döyüşməsindən, döyüşlər zamanı ordumuz üçün əhəmiyyətli yüksəkliklərin əldə olunmasından, düşmənin təxribatının qarşısını alarkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalan şəhidlərimizdən və yaralan hərçibilərimiz haqqında məlumat verib. Şəhidlərimizin ailəsinə ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralı hərbiçilərimizin tezliklə sağlamlıqlarına qovuşmalarını arzu edib. RİH-nin başçısı Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ildən başlayaraq taleyimizdə yaşanan dönüş, bu günə qədər davam edən yüksəliş və tərəqqi də məhz milli həmrəyliyimizin bəhrəsidir. Bu gün xalqımızın siyasi-mədəni, sosial-iqtisadi uğurlarının özülünü milli birlik və həmrəylik ideyası təşkil edir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, əsgər və zabitlərimizin gücü hesabına torpaqlarımız 44 günlük Vətən müharibəsi ilə düşməndən azad olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətinin, düzgün siyasi qərarları nəticəsində Qafqazda həmçinin dünya ölkələri arasında xüsusi yerini vurğulayıb və dünya liderlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevə olan sonsuz rəğbətlərinin artmasını, işğaldan azad olunan ərazilərimizdə və Neftçala rayonunda görülən yenidənqurma işləri haqqında görüş iştirakçılarını məlumatlandırıb.

Səyyar qəbulda əsasən drenajların lildən təmizlənməsi,kənddaxili yolların təmir olunması, Kürqarabucaq kənd tam orta məktəbinin idman zalına idman oyunları üçün alətlərin quraşdırılması, kənd kitabxanasına elektrik enerjisinin verilməsi və digər məsələlər ilə əlaqədar təkliflər səsləndiriblər. Vətəndaşların səsləndirdikləri ümumi problemlər ayrı-ayrılıqda dinlənilib və məsələlər müzakirə olunub, digər problemlərin həllinin araşdırılması üçün qəbuldan sonra müvafiq şöbələrə və şəxslərə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yeni yaradılan “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

footer
Top