Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Cənub Regional Mərkəzi, Masallı Rayon Gənclər və İdman İdarəsi və “Masallı Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizədə təbliğat və maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxışında insan alveri qurbanlarının sosial-hüquqi müdafiəsi və insan alverinə qarşı mübarizədə əhali qrupları arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra Z.İsmayılov iştirakçılara Ombudsman təsisatının insan alverinə qarşı mübarizə sahəsində fəaliyyəti barədə məlumat verib.
Tədbirin davamında gənclərin sualları cavablandırılıb
Ən son xəbərləri səhifəmizdən də izləyin