logo
"Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası" layihəsinin təqdimat mərasimi həyata keçirildi

"Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası" layihəsinin təqdimat mərasimi həyata keçirildi

"Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası" layihəsinin təqdimat mərasimi həyata keçirildi "Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası" layihəsinin təqdimat mərasimi həyata keçirildi

26 dekabr tarixində Quba rayonunda, Yaponiya hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”  çərçivəsində icra olunmuş “Quba rayonunun Talabıqışlaq kəndində tibb məntəqəsinin inşası” layihəsinin təqdimat mərasimi həyata keçirildi. Mərasimdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri  Vada Cüniçi, Quba Rayon İcra Hakimiyyətinin Başçısı Əliyev Ziyəddin və benefisiar təşkilat olan Gənclərin Sosial-İqtisadi və Mədəni  İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələri iştirak etmişdir.

Bu layihənin məqsədi Quba rayonunun Talabıqışlaq kəndində ginekoloji otaq, təcili tibbi yardım otağı, vaksinasiya otağı, müalicə otağı və xəstə otağından ibarət tibb məntəqəsinin inşa etməklə Talabıqışlaq kəndi və ətraf 8 kənd (Xaruşa, Talabı, Küçeyi, Cağacuq, Toxmar, Aspərəsti, Qorxmazoba, Mirzəqışlaq kəndləri) əhalisinin sağlamlığının qorunmasına töhvə verməkdir. Yaxın gələcəkdə Quba Mərkəzi Xəstəxanası tərəfindən bu tibb məntəqəsinə 2 həkim, 4 tibb bacısı, 1 mama-ginekoloq və 2 xadimə ştatının təyin edilməsi və əhaliyə xidmət göstərməsi nəzərdə tutulur. Bu layihənin icra olunması üçün Yaponiya hökuməti tərəfindən 152,879 manat (90,460 ABŞ dolları) məbləğində qrant ayırmışdır.

İndiyə qədər Azərbaycan Respublikasında ”Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı”  çərçivəsində  icra olunmuş layihələrin ümumi sayı 283 olmaqla, ümumi qrant məbləği isə 23,890,000 ABŞ dolları) keçmişdir.

“Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı” Azərbaycan Respulikasının əhalisinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə səhiyyə, ictimai sağlamlıq, təhsil və kənd təsərrüfatı sahələrində bilavasitə yerli əhalinin bəhrələnəcəyi nisbətən kiçik miqyaslı layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulan iqtisadi yardım proqramıdır. Bu yardımla bağlı yerli bələdiyyə və icra hakimiyyəti orqanları, qeyri-hökumət təşkilatları, təhsil, səhiyyə orqanları və digər qeyri-kommersiya qurumlarının müraciəti mümkündür. Yeni layihə ilə bağlı Yaponiyanın Azərbaycan Respublikasındakı səfirliyinə müraciət edə bilərsiniz.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin