https://innews.media/uploads/news/2022-12/_innews_606c4609b3108ebdf60d7629b_o.jpg
Azərbaycan Avropa üçün bu sahədə mühüm tərəfdaşdır. Əsasən, bu əməkdaşlıqda enerji sahəsi hakim mövqeyə malikdir.
innews.media xəbər verir ki, bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Dekabr ayının əvvəlində yeni layihəyə start verilib. Bakı limanı ilə bağlı layihənin məqsədi sözügedən ərazini əsas qovşağa çevirmək, dəstək olmaq, oraya ilk yaşıl liman adını qazandırmaqdır. Bu liman regional miqyasda böyük əhəmiyyət daşıyır.
Bu il Aİ ilə Azərbaycan arasında iqtisadiyyat sahəsində işlərin artırılmasını gözləyirik. Azərbaycan Avropa üçün bu sahədə mühüm tərəfdaşdır. Əsasən, bu əməkdaşlıqda enerji sahəsi hakim mövqeyə malikdir. Bununla belə Aİ qeyri-neft sahəsinin də inkişafında yaxından iştirak edir. Bununla bağlı ilk nailiyyət bu ilin iyul ayında Ursula Von der Leyenin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə memorandumun imzalanması oldu. Bu memorandum istixana effekti yaradan qazların həcminin azaldılması, ətraf mühitin qorunması baxımından vacibliyi dəstəkləyir. Burada alternativ enerji mənbələrindən istifadə də nəzərdə tutulur” - Piter Mixalko deyib.
Piter Mixalko, həmçinin qeyd edib ki, Avropa İttifaqı Azərbaycanıın bir nömrəli ticarət tərəfdaşıdır: “Azərbaycanın xaricə ixrac etdiyi məhsulların yarıdan çoxu Aİ ölkələrinə gedir”.
Onun sözlərinə görə, hazırda 400-dən artıq Avropa şirkəti fəaliyyət göstərir: “Aİ Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinə də dəstək verməkdədir. İndiyə qədər biz 13 min sayda sahibkarlıq subyektinə dəstək göstərmişik. Bizim bu subyektlərimizə göstərdiyimiz dəstək nəticəsində onlar 63 milyon avro gəlir əldə edib. Həmin subyektlər tərəfindən 2 mindən çox iş yeri açılıb. Düşünürük ki, növbəti il ərzində bu rəqəmləri daha da artıra biləcəyik”.
Ən son xəbərləri səhifəmizdən də izləyin