https://innews.media/uploads/news/2022-12/_innews_363d0d0083256cb4aaff4633e_o.jpg
Binəqədi Gənclər Evi tərəfindən təşkil olunan “İmza saatı” layihəsinin qonağı Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı Alim Qasımov olub.
Olduqca səmimi keçən görüşdə tədbirin moderatoru Fərəh Quliyevanın suallarını ətraflı şəkildə cavablandıran Alim Qasımov, sənətə başlama tarixindən, bu sahədə qazandığı uğurlardan danışıb.
Görüş müddətində gənclərin suallarını səmimi və ətraflı şəkildə cavablandıraraq, onlara öz məsləhətlərini də verib.
O, həmçinin tələbələrinin və indiki gənc nəslin ifa tərzlərini də təhlil etdiyini qeyd edib.
Sonda xalq artisti A. Qasımov gənclərin istəyini nəzərə alaraq, muğam ifa edib.
Qeyd edək ki, Alim Qasımov Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi, bütün dünyaya Azərbaycan muğam sənətini tanıdaraq, Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.
Alim Qasımov fərqli nominasiyaya layiq görülüb. Qasımov ABŞın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.
10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin