logo
Ombudsmanın regional mərkəzləri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirib

Ombudsmanın regional mərkəzləri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirib

Ombudsmanın regional mərkəzləri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirib Ombudsmanın regional mərkəzləri Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbirlər keçirib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb, Şimal-Qərb, Şimal və Cənub regional mərkəzləri Ulu Öndər Heydər Əliyevin  anım gününə həsr olunmuş tədbirlər keçirib.

Gənclərin iştirakı ilə keçirilən tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl, sistemli və gələcəyə hesablanan islahatların aparıldığı qeyd olunub.

Çıxışlar zamanı Azərbaycanın bu gün dünyada müstəqil, hüquqi və demokratik dövlət kimi tanınması, ölkə vətəndaşlarının hüquq və azadlıqlarının təmin edilməsi, müdafiə olunmasının Ümummilli Liderin adı ilə bağlı olduğu bildirilib.

Tədbirlərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə göstərdiyi misilsiz xidmətlərin unudulmayacağı, əziz xatirəsinin hər zaman yaşadılacağı qeyd olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin