https://innews.media/uploads/news/2022-12/_innews_d809eeb82df5e7d77a3be84fb_o.jpg
Orta Asiya və Güney Qafqaz söz azadlığı şəbəkəsi ictimai birliyinin sədri, əməkdar jurnalist Nadir İsmayılov innews.media Şuşada etiraz aksiyaları ilə bağlı son hadisələri açıqlayıb.
“Burada 150-dən çox QHT təmsilçisi,eyni zamanda ekoloqlar etiraz aksiyası keçiririk.Ekoloqlar burada etiraz çadrları qurublar.Məqsəd Azərbaycanın torpaqlarında erməni separataçıları ekoloji terror törədir.Qızıl yataqlarını talan edirlər. Azərbaycan dövləti buna kəskin etiraz olaraq öz fikrini bildirib.Ondan sonra müvafiq qurumlar gəlsələr də ,onların qarşı rus sülhməramlıları və erməni separatçıları tərəfindən təxribat törədilmişdir”-Nadir İsmayılov deyib.
O bildirdi ki,Volkov hələ oraya gəlmiyib, hərbiçilərini göndərir.
“İndi biz gəlmişik.Vətəndaş cəmiyyəti və media nümayəndələri burdadılar.Bizim tələbəmiz ekoloji terrora son qoyulsun.Bizim tələbimiz budur ki, Azərbaycan vətəndaşları öz torpaqlarında baş verən hadisələri müşahidə edə bilsinlər.Talançılığın edildiyi ərazilərdə monitorinqin aparılmasına şərait yaradılsın.Biz bu tələbin yerinə yetirilməsi üçün Volkovu tələb edirik.Bu dəqiqələrə kimi Volkov gəlməyib.Dəqiqə başı hansısa hərbiçi gəlir. Çox qəribədir.Azərbaycan torpağında Azərbaycan sülhməramlının rəhbəri, Azərbaycan vətəndaşının qabağına çıxmır.Sivil vətəndaşlar qarşısına müasir silahlarla təchiz olunmuş xüsusi təyinatlılarını göndərir.İlk əraziyə daxil olarkən iki postda qurmuşdular.Amma etirazımızdan sonra onlar o postları götürdülər.Amma təssüflər olsun Volkov bizim səsimizi eşitmək istəmir.Volkov buraya gələnə kimi aksiya davam edəcək.Lazım olsa günlərlə davam edəcək.”