logo
Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresinin açılış mərasimi keçirilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresinin açılış mərasimi keçirilib

Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresinin açılış mərasimi keçirilib Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresinin açılış mərasimi keçirilib

Tədbirdə iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev ürək-damar sistemi xəstəliklərinin müayinə və müalicəsi ilə bağlı icbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan tibbi xidmətlər barədə məlumat verib.

Z.Əliyev bildirib ki, aorta-koronar şuntlama, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi və bir sıra digər əməliyyatlar icbari tibbi sığorta ilə təminata alınıb.

Açılış mərasimində çıxış edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ürək-damar sistemi xəstəliklərinin dünyada insan ölümünə səbəb olan əsas faktorlardan olduğunu xatırladıb və konqresin bu xəstəliklərlə mübarizədə əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresində Azərbaycandan və digər ölkələrdən kardioloqlar iştirak edir.

Tədbirin keçirilməsində məqsəd ölkəmizdə kardiologiyanın inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini birgə müzakirə etməkdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media