https://innews.media/uploads/news/2022-12/_innews_b1d9ed30a8f88eb539dd3be09_o.jpg
4 dekabr tarixində Astara Olimpiya İdman Kompleksində, "Olimpik Şəki BK" və "Gəncə BK" komandalarının arasında keçirilən oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 8-ci turuna yekun vuruldu. İki region komandasının üz-üzə gəldiyi qarşılaşmada "Gəncə BK" 80-105 hesablı qələbə qazanaraq, turnir cədvəlinin liderliyinə yüksəldi. Ən məhsuldar basketbolçular: "Olimpik Şəki BK" ( Ceyson Brauer - 23 xal, 9 ribaund ), "Gəncə BK" ( Kollin Törner - 25 xal, 11 ribaund ).
Qeyd edək ki, 9-cu turun oyunları 7, 10 və 11 dekabr tarixlərində keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin