logo
Milli Abilimpiya Federasiyasının dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizə səfərə gəliblər

Milli Abilimpiya Federasiyasının dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizə səfərə gəliblər

Milli Abilimpiya Federasiyasının dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizə səfərə gəliblər Milli Abilimpiya Federasiyasının dəvəti ilə Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbər şəxsləri və mütəxəssisləri ölkəmizə səfərə gəliblər

Səfərin məqsədi Milli Abilimpiya Federasiyasının inzibati heyətinə yerli və beynəlxalq çempionatlara hazırlıq, milli komandanın formalaşdırılması və Abilimpiya hərəkatı haqqında metodiki və praktiki seminarlar keçməkdir.

Səfərin proqramı çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin rəhbər şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. Görüşlər zamanı ölkəmizdə Abilimpiya hərəkatının inkişafı, məşğulluq və özünəməşğulluq proqramları, Azərbaycanda Abilimpiya hərəkatı üçün qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi, inklüziv təhsilin yeni tendensiyalarına dair müzakirələr aparılacaq.

Eyni zamanda 06-07 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya mərkəzində orta ixtisas təhsili sistemində Abilimpiya hərəkatının inkişafı və inklüziv təhsilə həsr olunmuş seminarlar keçiriləcək. Seminar iştirakçıları əlilliyi olan şəxslərin tədris prosesində müasir texniki vasitələrin tətbiqi, milli komandanın formalaşdırılması, yerli çempionatların keçirilməsi və abilimpiyaçıların yarış zamanı yerinə yetirdikləri tapşırıqların qiymətləndirilməsi üçün hakim heyətinin hazırlanması, eləcə də Moskvada keçiriləcək “Abilympics” X Beynəlxalq Çempionatına hazırlıq məsələlərini müzakirə edəcəklər.

Səfər çərçivəsində Peşə-əmək Reabilitasiya mərkəzində keçiriləcək seminarlarla yanaşı Milli Abilimpiya Federasiyası və Rusiya Milli Abilimpiya Mərkəzinin rəhbərləri İlqar Rəhimov və İqor Qribanov tərəfindən 06 dekabr 2021-ci il tarixində anlaşma memorandumu imzalanmışdır. Memorandum qarşılıqlı əlaqələrin qurulması, birgə seminarların təşkili və 2022-ci ildə  Rusiyada keçiriləcək Abilimpiya Çempionatına hazırlıq məqsədi daşıyır.

Azərbaycan Milli Abilimpiya Federasiyasının prezidenti İlqar Rəhimov görüş zamanı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fiziki məhdudiyyətli şəxslərin sosial müdafiəsinə, onların reabilitasiyasına və cəmiyyətə inteqrasiyasına xüsusi diqqət və qayğı göstərir. Abilimpiya hərəkatı  vasitəsi ilə ölkəmizdə yaşayan əlilliyi olan şəxslər öz peşə bacarıqlarını inkişaf etdirməklə gələcəkdə məşğulluq və özünəməşğulluq proqramlarında iştirak edəcəklər. İ.Rəhimov qeyd etmişdir ki, milli komandanın formalaşdırılması məqsədilə yerli yarışların keçirilməsi də nəzərdə tutulub. Eyni zamanda İ.Rəhimov iki ölkə arasında Abilimpiya hərəkatı mövzusunda əməkdaşlığın davamlı olacağına əmin olduğunu vurğulayıb.

Rusiya Federasiyasının Milli Abilimpiya Mərkəzinin direktoru İ.Qribanov öz növbəsində Azərbaycanda Abilimpiya hərəkatının inkişafı sahəsində görülən işləri  və ölkəmizdə bu hərəkata olan diqqəti çox yüksək qiymətləndirib.

Seminarlar bitdikdən sonra, 08 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya mərkəzində abilimpiyaçıların iştirakı ilə ilk dəfə olaraq sınaq yarışı keçiriləcək.

Qeyd edək ki, Rusiya Federasiyası Milli Abilimpiya Mərkəzi heyətinin səfəri dekabrın 10-na qədər davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media