https://innews.media/uploads/news/2022-11/_innews_a234b310613ae9393c2d33906_o.jpg
Dekabrın 8-də Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə turizm sahəsindəki inkişaf tendensiyalarını, o cümlədən marketinq, regional inkişaf və turizm siyasəti məsələlərini müzakirə etmək məqsədilə “Azərbaycan Turizm Sammiti-2022” tədbiri keçiriləcək.
Dövlət Turizm Agentliyindən innews.media bildirilib ki, tədbirdə “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “İşğaldan azad olunmuş ərazilərdə turizmin inkişafı”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti” və “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularına həsr olunmuş 4 panel çərçivəsində müzakirələr aparılacaq.
Bakı Konqres Mərkəzində reallaşacaq tədbirdə turizm sənayesinin üzvləri, dövlət və özəl sektor nümayəndələri iştirak edəcək.
Tədbirdə iştirak etmək üçün dekabrın 4-də saat18:00-dək https://bit.ly/3GNPmsb linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır.