https://innews.media/uploads/news/2022-11/_innews_f987311ee19b8d5f7b41cdb78_o.jpg
Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.
innews.media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.
Qeyd edək ki, A.Sipilin 2019-cu ildə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.