logo
Görkəmli bəstəkarın vokal əsərlərindən ibarət konsert proqramı

Görkəmli bəstəkarın vokal əsərlərindən ibarət konsert proqramı

Görkəmli bəstəkarın vokal əsərlərindən ibarət konsert proqramı Görkəmli bəstəkarın vokal əsərlərindən ibarət konsert proqramı

Dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən musiqi festivalı çərçivəsində noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində bəstəkarın vokal əsərlərindən ibarət konsert proqramı təqdim olundu.

Əsasən “Sevil” operasından seçilmiş ariyaların yer aldığı konsert proqramında bəstəkarın romansları və işləmələri əsasında daha da zənginləşən Azərbaycan xalq mahnıları müxtəlif səs tembrlərinə malik vokalçılar tərəfindən təqdim olundu. Akademik vokal ifaçılarının iştirak etdiyi proqramda milli vokal ifaçılığına da yer ayrılmışdı.

Konsert proqramında Xalq artistləri Teyyub Aslanov, Fidan Hacıyeva, Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, Fəridə Məmmədova, İlham Nəzərov, solistlər Çilənay Hüseynova, Taleh Yahyayev, Fəxri Kazım-Nicat, Mahir Tağızadə, Atəş Qarayev Fikrət Əmirovun  vokal  və mahnı janrında olan əsrarəngiz əsərlərini tamaşaçılara ərməğan etdilər.  Artistləri  konsertmeyster   Svetlana Əhmədova müşayiət edirdi.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media