logo
Azərbaycan birinciliyində 63 komandanın 327 boksçusu mübarizə aparacaq

Azərbaycan birinciliyində 63 komandanın 327 boksçusu mübarizə aparacaq

Azərbaycan birinciliyində 63 komandanın 327 boksçusu mübarizə aparacaq Azərbaycan birinciliyində 63 komandanın 327 boksçusu mübarizə aparacaq

Martın 8-də yeniyetmələr arasında boks üzrə ölkə birinciliyinə start veriləcək. Azərbaycan Boks Federasiyası və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı Boks Mərkəzində təşkil olunacaq yarışda 14 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.

Çempionata respublikanın müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən 63 komandanın 327 boksçusu qatılacaq. Döyüşlər saat 13:00-da başlanacaq. Qaliblərin adına isə martın 14-də aydınlıq gələcək.

Mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, birinciliyin baş hakimi Emil Qurbanəliyev olacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media