logo
Böyüklərdən və gənclərdən ibarət milli yığma komandaların Göygöl şəhərində birgə təlim-məşq toplantısı başlayıb

Böyüklərdən və gənclərdən ibarət milli yığma komandaların Göygöl şəhərində birgə təlim-məşq toplantısı başlayıb

Böyüklərdən və gənclərdən ibarət milli yığma komandaların Göygöl şəhərində birgə təlim-məşq toplantısı başlayıb Böyüklərdən və gənclərdən ibarət milli yığma komandaların Göygöl şəhərində birgə təlim-məşq toplantısı başlayıb

7 mart 2022-ci ildə Göygöl Olimpiya Kompleksində böyüklərdən və gənclərdən ibarət milli yığmaların birgə təlim-məşq toplantısına start verilib.

85 cüdoçunun cəlb edildiyi təlim-məşq toplantısının əsas məqsədi idmançıların bacarıqlarını təkmilləşdirmək ilə yanaşı, 1-3 aprel 2022-ci il tarixlərində Antalya Böyük Dəbilqə turnirinə, eyni zamanda, 29 aprel – 1 may 2022-ci il tarixlərində  Bolqarıstanda keçiriləcək Avropa çempionatına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, təlim-məşq toplantısı, gənclər arasında Azərbaycan birinciliyi başa çatdıqdan sonra yenidən formalaşdırılmış gənclərdən ibarət milli yığmanın ilk təlim məşq toplanışıdır. Yaxın gələcəkdə milli yığmanın gənc üzvləri də  beynəlxalq turnirlərdə iştirak edəcəklər.

Təlim-məşq toplanışı mart ayının 19-na kimi davam edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media