logo
Binəqədi Gənclər Evində "Yüksəl" təcrübə proqramının bağlanış mərasimi keçirilib

Binəqədi Gənclər Evində "Yüksəl" təcrübə proqramının bağlanış mərasimi keçirilib

Binəqədi Gənclər Evində "Yüksəl" təcrübə proqramının bağlanış mərasimi keçirilib Binəqədi Gənclər Evində "Yüksəl" təcrübə proqramının bağlanış mərasimi keçirilib

Binəqədi Gənclər Evində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Binəqədi Gənclər Evinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Yüksəl” təcrübə proqramının bağlanış mərasimi təşkil olunub.

Tədbirdə "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev  və təcrübəçilər iştirak edib.

Açılış nitqi ilə çıxış edən Binəqədi Gənclər Evinin direktoru G.Həsənova  və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi N.Tarverdiyev  gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.

Gənclər layihə müddətində keçirilən  təlimlərin, görüşlərin, infoturların faydasından, bu müddətdə qazandıqları təcrübədən  danışıblar.

Daha sonra layihə iştirakçıları üçün  hazırlanan videoçarx izlənib.

Sonda iştirakçılara sertifikat təqdim olunub.

Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində 35-dən çox gənc iştirak edib və onlara gənclər və idman tədbirləri, intellektual yarışların keçirilmə qaydaları, həmçinin dövlət qulluğu, sertifikasiya və müsahibə mərhələləri haqqında məlumat verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media