https://innews.media/uploads/news/2022-11/_innews_83eedddd31fc70d9b46f9913f_o.jpg
20 noyabr tarixində "Sərhədçi" İdman Mərkəzinin idman zalında, "AAAF Xırdalan BK" və "Olimpik Şəki BK" komandalarının arasında keçirilən oyun ilə Azərbaycan Basketbol Liqasının (ABL) 6-cı turuna yekun vuruldu. Oyunun ilk hissəsindən üstünlüyü ələ keçirən Xırdalan basketbolçuları sonda 93-71 hesablı qələbəyə sevindilər. Qarşılaşmanın Ən məhsuldar basketbolçular: "AAAF Xırdalan BK" ( Devin Pullum - 23 xal, 7 ribaund), "Olimpik Şəki BK" (Anar Hacıyev - 25 xal, 8 ribaund).
Qeyd edək ki, 7-ci turun oyunları 23, 26 və 27 noyabr tarixlərində keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin