logo
ANAMA beynəlxalq seminarda ekspert qismində iştirak edir

ANAMA beynəlxalq seminarda ekspert qismində iştirak edir

ANAMA beynəlxalq seminarda ekspert qismində iştirak edir ANAMA beynəlxalq seminarda ekspert qismində iştirak edir

ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) və Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) birgə təşkilatçılığı ilə cari ilin 10–12 avqust tarixlərində İndoneziya Respublikasının Cakarta şəhərində “Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) regionunda humanitar minatəmizləmə fəaliyyəti üzrə informasiya idarəçiliyinin gücləndirilməsi” mövzusunda regional seminar keçirilir.

Seminarın məqsədi humanitar minatəmizləmə sahəsində informasiya idarəçiliyi üzrə regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl beynəlxalq təcrübələrin paylaşılması, texniki potensialın artırılması və məlumatların idarə olunması sahəsində təcrübə mübadiləsinin təşviq edilməsindən ibarətdir.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin Keyfiyyətə nəzarət idarəsinin rəisi Elnur Qasımov sözügedən seminarda ekspert məruzəçi qismində iştirak edir.

Bununla yanaşı Agentlik nümayəndəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində həyata keçirilən irimiqyaslı minatəmizləmə fəaliyyətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat təqdim edib.

Tədbirdə 11 dövləti əhatə edən ASEAN qurumunda müştərək informasiya mərkəzinin yaradılması üçün tövsiyə olaraq ölkəmizdə qəbul olunmuş "Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanunu və "Minatəmizləməyə dair informasiya sistemi haqqında" Əsasnamənin yaratdığı imkanlar, həmçinin mövcud mərkəzləşdirilmiş institusional koordinasiya imkanları və uğurla tətbiq olunan Vahid İnformasiya Sistemi effektiv bir nümunə kimi təqdim olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media