logo
"Ukrayna Mərkəzi"ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün seminar keçirilib

"Ukrayna Mərkəzi"ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün seminar keçirilib

"Ukrayna Mərkəzi"ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün seminar keçirilib "Ukrayna Mərkəzi"ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün seminar keçirilib

Bu gün Ukraynanın Azərbaycan Respublikasındakı Fəxri Konsulluğunun təsis etdiyi “Ukrayna Mərkəzi”ndə Azərbaycanda müvəqqəti məskunlaşan ukraynalılar üçün maarifləndirici seminar keçirilib.  Seminar, Ukraynanın Azərbaycandakı Səfirliyi və Sumqayıt şəhər İvano Franko adına Ukrayna İcmasının təşəbbüsü əsasında baş tutub.

Hüquqi, miqrasiya, təhsil və bir sıra sosial məsələlərlə bağlı sualların cavablandırılması məqsədilə təşkil olunan seminarda Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin dəstəyi ilə təşkilatın hüquqi kontraktorları və rəsmiləri iştirak edib.

Seminar zamanı, Azərbaycanda müvəqqəti məskunlaşan Ukrayna vətəndaşlarının ən aktual problemləri, bu ilin fevral ayından qarşılaşdıqları müəyyən məsələlər, əsasən də sosial və təhsil məsələləri üzrə maarifləndirici məlumatlar, müvafiq yardım proqramları barədə məlumatlar verilib. 

Görüşdə həmçinin, Təhsil üzrə Məsləhətçilər də ukraynalı qaçqınların suallarına və təhsillə bağlı üzləşdikləri problemlərin həllinə aydınlıq gətirib. Onlara uyğun hüquqi yönləndirmələr edilib. 

Seminarda həmçinin hökumətlərə və miqrantlara miqrasiya ilə bağlı xidmətlər və məsləhətlər verən Beynəlxalq Miqrasiya Təşkilatının ukraynalı məcburi köçkünlər üçün birdəfəlik maddi yardımın alınması ilə bağlı qeydiyyat şərtləri barədə məlumat verilib. 

https://azerbaijan.iom.int/ 

https://www.facebook.com/unhcr.azerbaijan/

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media