https://innews.media/uploads/news/2026-08/_innews_879a6d7e524572062e90b1b17_o.jpg
Azərbaycan Mərkəzi Bankının Bankların fəaliyyətinə nəzarət departamentinin Xarici nəzarət bölməsinin rəhbəri Mətanət Rzazadə VI "Yüksəliş" müsabiqəsinin qaliblərindən biri olub.
"innews media" xəbər verir ki, bu münasibətlə Mərkəzi Bankın sədri Taleh Kazımov və sədr müavinləri Mətanət Rzazadə ilə görüş keçiriblər.
Görüş zamanı Mətanət Rzazadə qazandığı uğur münasibətilə təbrik olunub, ona gələcək peşəkar fəaliyyətində yeni nailiyyətlər və uğurlar arzulanıb.
Mərkəzi Bank həmçinin Mətanət Rzazadənin timsalında VI "Yüksəliş" müsabiqəsinin bütün qaliblərini təbrik edərək, onların ölkənin inkişafına töhfə verəcək fəaliyyətlərində davamlı uğurlar qazanacaqlarına inam ifadə edib.
Ən son xəbərləri səhifəmizdən də izləyin