https://innews.media/uploads/news/2026-08/_innews_96923f3d9ab728cca4d5a128d_o.jpg
Şuşada keçirilən rəqs festivalında təqdim olunan "Qarabağ" rəqs kompozisiyası böyük maraq doğurub.
"innews media" xəbər verir ki, tamaşaçıların alqışlarla qarşıladığı çıxış festivalın yaddaqalan nömrələrindən biri kimi qiymətləndirilib.
Rəqs kompozisiyası Roza İsayevanın bədii rəhbərliyi ilə hazırlanıb. O, "Rose Dance Group" rəqs kollektivinin rəhbəri və müəllimidir.
Sumqayıtı təmsil edən "Rose Dance Group" festivalda bir neçə rəqs nömrəsi ilə çıxış edib.
"Modern Dance Art" və "Qarabağ Hotel"in təşkilati dəstəyi ilə keçirilən festivalda 200-dən çox rəqs nümayiş olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin