logo
Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi - VİDEO

Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi - VİDEO

Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi - VİDEO Leyla Rəhimova yeni yaşını musiqili layihə ilə qeyd etdi - VİDEO

İstedadlı müğənni Leyla Rəhimova doğum günündə həm özü, həm də dinləyiciləri üçün xoş sürpriz hazırlayıb. Sənətçi həmkarı Mahir Zeynalovla birgə ərsəyə gətirdiyi yeni mahnı və ona çəkilən klipi musiqisevərlərin ixtiyarına verib.

"innews media" xəbər verir ki, “Təki sən səslə məni” adlanan yeni musiqili layihə romantik ovqatı və duyğusal ifası ilə diqqət çəkir. Mahnının musiqisinin müəllifi Mahir Zeynalov, sözlərinin müəllifi isə tanınmış şair Eliağa Kürçaylıdır. Bəstənin aranjımanı da Mahir Zeynalov tərəfindən hazırlanıb. Klipin rejissoru isə Elsəvər Murtuzovdur.

Yeni layihənin bu tarixdə təqdim olunması heç təsadüfü deyil, çünki bu gün Leyla Rəhimovanın doğum günüdür. Bu iş onun özünə etdiyi ad günü hədiyyəsidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media