https://innews.media/uploads/news/2026-07/_innews_b6a522d366f428ce411cfcfa1_o.jpg
Unibank KB 2026-cı ilin ikinci rübünün maliyyə göstəricilərini açıqlayıb. Bank əsas maliyyə göstəriciləri üzrə müsbət nəticələr əldə edib.
Hesabat dövründə bankın məcmu gəlirlərinin cəmi 215 milyon manata yaxınlaşıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37 milyon manat artım deməkdir. Bu dövrə əməliyyat mənfəəti 28,6 milyon manatdan çox, xalis mənfəət isə 17,2 milyon manat təşkil edib.
Bankın kapital və aktiv bazasında yüksək artım qeydə alınıb. Hesabat dövrü ilə müqayisədə məcmu kapital 32 % artaraq, 254 milyon manata yaxınlaşıb. Aktivlərin həcmi isə 499 milyon manat artaraq 2,3 milyard manatı keçib.
Ötən dövrdə bank kapital adekvatlılığı əmsalını xeyli yüksəldib. Bu göstərici 30 iyun 2026-cı il tarixə 14,57 % təşkil edib.
Son bir ildə Unibank beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, nüfuzlu maliyyə qurumlarından 177,5 milyon manata yaxın maliyyə vəsaiti cəlb edib. Bu vəsaitlər bankın real iqtisadiyyata dəstəyini daha da genişləndirməsinə, sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinə töhfəsini bir qədər də artırmasına imkanlar yaradıb.
Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib ki, bank 2026-cı ilin ikinci rübünü də müsbət dinamika və əhəmiyyətli nəticələrlə başa vurub: “2026-cı ilin ikinci rübü Unibank üçün yeni strateji mərhələdə irəliləyişin davam etdiyi dövr oldu. İlk rübdə formalaşan müsbət dinamikanı qoruyaraq əsas biznes göstəricilərində inkişafı davam etdirdik. Yeni 3 illik strategiyamız çərçivəsində daha çevik, rəqəmsal və müştəriyönümlü bank kimi mövqeyimizi gücləndirməyə fokuslanmışıq. Bu il bankımız üçün transformasiya ili olaraq qalır. Qarşıdakı dövrdə məhsul və xidmətlərimizi daha da təkmilləşdirmək, rəqəmsal həlləri genişləndirmək və real iqtisadiyyata töhfəmizi artırmaq əsas prioritetlərimiz sırasında olacaq”.
Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 16%, sayı isə 32 % artıb. Bu ilin əvvəlindən 30 iyun tarixinədək nağdsız əməliyyatların həcmi 8,1 milyard manatı, sayı isə 283 milyonu ötüb.
Bankın müştəri bazası ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artdığı üçün ümumi müştəri sayı 2,4 milyon nəfərə yaxınlaşıb. 2025-cı ilin ikinci rübü ilə müqayisədə sahibkar müştərilərin sayı 15 %, hüquqi şəxslərin sayı isə 6 %-dək artıb.
Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və ikinci rübün sonuna ümumi depozit portfelinin həcmi 1,4 milyard manata yaxınlaşıb.
Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artmaqla, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi ümumi portfeldə 46%-dən çox artaraq, 694 milyon manata yaxınlaşıb. Biznes portfelin tərkibində kiçik biznesə yönələn kreditlərin də payında ciddi artım olub. 2025-ci ilin 2-ci rübü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında bu il 53 %-lik artım qeydə alınıb. Ümumilikdə isə biznes kreditlərinin ümumi kredit portfelində payı 47 %-i keçib.
Bankın ümumi kredit portfelində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 259 milyon manat təşkil edib və kredit portfeli ikinci rübün sonuna 1,5 milyard manata yaxınlaşıb.
Unibank – Sənin Bankın!
Ən son xəbərləri səhifəmizdən də izləyin