https://innews.media/uploads/news/2026-07/_innews_e293a9c6657d22e9a6e609df3_o.jpg
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi qarşıdan gələn payız-qış mövsümünə hazırlıq işlərini davam etdirir. Uzun illər istismarda olan, korroziyaya uğrayan qaz xətləri əvəzlənir, torpaqla təmasda olan borular dayaqlar üzərinə qaldırılır. Hazırda Samux rayonunun iki kəndində - Seyidlər və Füzuli kəndlərində də bu cür işlər görülür.
“Azəriqaz” İB-nin Gəncə Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi İlkin Behbudovun sözlərinə görə, Seyidlər kəndinin qaz şəbəkəsinin yenidən qurulması, davamlı və keyfiyyətli təbii qazla təmin olunması üçün planlaşdırılmış işlər çərçivəsində təxminən 8 min poqonmetrə qədər müxtəlif diametrli qaz kəmərlərinin dəyişdirilməsi, yenilənməsi və təmir olunması nəzərdə tutulub.
Abonentlərin payız-qış mövsümündə mavi yanacaqdan davamlı və fasiləsiz şəkildə istifadə edə bilmələri üçün Samux rayonunun Füzuli kəndində də müvafiq işlər görülür.
Ən son xəbərləri səhifəmizdən də izləyin