https://innews.media/uploads/news/2026-07/_innews_66a265b4a389e2ad1f8699c16_o.jpg
Paytaxtın Binəqədi rayonu ərazisində, Bakı–Sumqayıt şosesinin "Şamaxinka" tunelindən çıxış hissəsində nəqliyyat vasitələrindən birində yanğın baş verib.
"INNews Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hadisə səbəbindən "Xırdalan" dairəsi, eləcə də metronun "20 Yanvar" stansiyası istiqamətində nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hazırda ərazidə polis əməkdaşları tərəfindən nəqliyyat axınının tənzimlənməsi və yaranmış sıxlığın aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.
Sürücülərə qeyd olunan istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və mümkün alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
Ən son xəbərləri səhifəmizdən də izləyin