https://innews.media/uploads/news/2026-07/_innews_41632c94e13b07de2e117a45e_o.jpg
Ölkənin müxtəlif regionlarında iqtisadiyyatın prioritet istiqamətləri üzrə fəaliyyət göstərən sahibkarlar ABDF-in güzəştli kreditlərindən yararlanaraq bizneslərini inkişaf etdirirlər.
2026-cı ilin ilk 6 ayı ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlara 3004 layihə üzrə maliyyə dəstəyi göstərilib.
Bu çərçivədə sahibkarlar ümumilikdə 136,5 milyon manat həcmində güzəştli kreditdən yararlanıb.
Qeyd edək ki, ABDF-in güzəştli kreditləri illik faiz dərəcəsi 5%-dək olmaqla təqdim olunur və 5 ilədək güzəşt müddəti tətbiq olunur. Bu əlverişli şərtlər sahibkarların maliyyə yükünü azaltmaqla onların investisiya imkanlarını genişləndirir, biznes fəaliyyətinin inkişafını və regionlarda iqtisadi aktivliyin artmasını dəstəkləyir.
Ən son xəbərləri səhifəmizdən də izləyin