logo
ADY-də yükdaşımalar 20 faiz artıb, tranzit daşımalarında əhəmiyyətli yüksəliş qeydə alınıb

ADY-də yükdaşımalar 20 faiz artıb, tranzit daşımalarında əhəmiyyətli yüksəliş qeydə alınıb

ADY-də yükdaşımalar 20 faiz artıb, tranzit daşımalarında əhəmiyyətli yüksəliş qeydə alınıb ADY-də yükdaşımalar 20 faiz artıb, tranzit daşımalarında əhəmiyyətli yüksəliş qeydə alınıb

2026-cı ilin iyun ayında Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən 1,6 milyon tondan çox yük daşınıb.

"INNews Media" xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz çoxdur.

Məlumata görə, hesabat ayında tranzit yükdaşımalarının həcmi 707 min tonu ötərək ötən ilin müvafiq dövrünün nəticəsini 38 faiz üstələyib.

Tranzit daşımalar üzrə ən yüksək artım Şərq–Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində qeydə alınıb. Belə ki, bu marşrut üzrə yükdaşımaların həcmi 67 faiz artaraq 448 096 ton təşkil edib.

Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə də müsbət dinamika müşahidə olunub. Bu istiqamətdə tranzit yükdaşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 48 faiz artaraq 47 240 tona çatıb.

Qeyd edək ki, tranzit yükdaşımalarının artması Azərbaycanın beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da gücləndiyini, həmçinin ölkənin strateji nəqliyyat dəhlizləri üzrə artan yük axınında mühüm rol oynadığını göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media