logo
Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb

Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb

Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb

İyunun 30-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb. Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, ortaq mənəvi dəyərlərin qorunması, dini sahədə koordinasiyanın gücləndirilməsi, dini radikalizm və ekstremizmlə mübarizə, eləcə də müvafiq dövlət qurumları arasında təcrübə mübadiləsinin əhəmiyyəti müzakirə olunub.

Ramin Məmmədov Şuşada keçirilən Birinci Görüşün Türk dövlətləri arasında dini məsələlər üzrə davamlı dialoq və əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Komitə sədri vurğulayıb ki, TDT çərçivəsində bu formatda dialoqun təşviqi üzv dövlətlərin müvafiq qurumları arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi və birgə fəaliyyətin genişləndirilməsi məqsədi daşıyır. O, görüşün yekununda imzalanmış Kommünikenin iştirakçı dövlətlərin ortaq maraq və prioritetlərini əks etdirən mühüm strateji istiqamətləri özündə ehtiva etdiyini diqqətə çatdırıb.

Kubanıçbek Ömüralıyev Türk dünyasında birlik və tərəfdaşlığın dərinləşməsinə, rəhbərlik etdiyi təşkilatın fəaliyyətinə və ümumtürk həmrəyliyinin möhkəmləndirilməsinə göstərdiyi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib. Qeyd edib ki, Şuşada keçirilən Birinci Görüş TDT çərçivəsində tərəfdaşlığın inkişafı baxımından tarixi və əlamətdar hadisədir. Baş katib onu da vurğulayıb ki, Azərbaycanın təşəbbüsləri üzv ölkələr arasında müxtəlif istiqamətləri əhatə edən çoxtərəfli əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsinə mühüm töhfə verir.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media