https://innews.media/uploads/news/2026-07/_innews_82980d723aa42ec913b50b965_o.jpg
İyunun 30-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli ilə görüşüb.
Ramin Məmmədov Azərbaycan ilə Qazaxıstan arasında yüksək səviyyəli siyasi münasibətlərin digər sahələrdə olduğu kimi, dini-mənəvi istiqamətdə əməkdaşlığın inkişafı üçün də əlverişli zəmin yaratdığını bildirib. O, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə təşəbbüslərin ortaq dəyərlərin qorunmasına və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğulayıb.
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya nazirinin müavini Rüstəm Əli ölkəsinin Azərbaycanla bütün istiqamətlərdə, o cümlədən dini-mənəvi sahədə əlaqələrin dərinləşdirilməsini dəstəklədiyini bildirib. O, Şuşada təşkil olunan Birinci Görüşün ortaq dəyərlərin təşviqi, təcrübə mübadiləsinin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün mühüm platforma olduğunu qeyd edib.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin