logo
YTB-dən gənc qələm sahiblərinə çağırış

YTB-dən gənc qələm sahiblərinə çağırış

YTB-dən gənc qələm sahiblərinə çağırış YTB-dən gənc qələm sahiblərinə çağırış

“Bir dünya ədəbiyyat mükafatları 2026” müsabiqəsinə müraciətlər başlayıb

"innews.media" – Qardaş Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları İdarəsi (YTB) türk diasporu, qardaş icmalar və beynəlxalq tələbələr arasında ədəbi istedadların üzə çıxarılması məqsədilə “Bir dünya ədəbiyyat mükafatları 2026” müsabiqəsini təşkil edir.

YTB-nin həyata keçirdiyi müsabiqə xaricdə yaşayan Türkiyə vətəndaşlarını, qardaş icmaların nümayəndələrini və beynəlxalq tələbələri türk dilində düşünməyə, yazmağa və ədəbiyyat sahəsində əsərlər yaratmağa həvəsləndirməyi hədəfləyir.

Bu barədə YTB-nin məlumatında qeyd edilib.

Bildirilib ki, proqram çərçivəsində iştirakçılar “Ən yaxşı əsər”, “Esse”, “Hekayə” və “Şeir” olmaqla dörd müxtəlif nominasiya üzrə müraciət edə biləcəklər.

Müsabiqəyə təqdim olunan əsərlər sahə üzrə tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Türk diasporu, qardaş icmalar və beynəlxalq tələbələr tərəfindən təqdim edilən əsərlər ayrı-ayrılıqda dəyərləndiriləcək. Qiymətləndirmə zamanı türk dilindən düzgün və təsirli istifadə, qrammatik və orfoqrafik qaydalara uyğunluq, müvafiq nominasiyanın texniki tələblərinə riayət olunması, orijinallıq və müəllif üslubu əsas meyarlar kimi götürüləcək.

Müsabiqənin yekununda hər üç iştirakçı qrupu üzrə ayrıca olmaqla “Ən yaxşı əsər”, “Esse”, “Hekayə” və “Şeir” nominasiyalarında birinci yerlərin sahibləri müəyyənləşdirilərək mükafatlandırılacaqlar. Qaliblər, eyni zamanda, YTB tərəfindən təşkil olunacaq “Yazıçılıq təlimləri”ndə iştirak etmək hüququ da qazanacaqlar.

“Bir dünya ədəbiyyat mükafatları 2026” müsabiqəsinə müraciət üçün son tarix 15 sentyabr 2026-cı il olaraq açıqlanıb. Mükafatlandırma mərasiminin keçiriləcəyi yer və tarix isə növbəti mərhələdə elan olunacaq.

Müraciətlər YTB tərəfindən müəyyən edilmiş müddət ərzində onlayn müraciət sistemi vasitəsilə qəbul ediləcək. Son müraciət tarixindən sonra təqdim olunan əsərlər qiymətləndirməyə daxil edilməyəcək.

Müsabiqə ilə bağlı ətraflı məlumatı YTB-nin rəsmi internet saytından əldə etmək mümkündür.

Əlavə suallarla bağlı isə birdunyaedebiyat@ytb.gov.tr elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media