logo
Azərbaycanda “İntellektual gömrük” informasiya sistemi yaradılır

Azərbaycanda “İntellektual gömrük” informasiya sistemi yaradılır

Azərbaycanda “İntellektual gömrük” informasiya sistemi yaradılır Azərbaycanda “İntellektual gömrük” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev “İntellektual gömrük” informasiya sisteminin (İGİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

"innews media" xəbər verir ki, fərmanla həmçinin “İntellektual gömrük” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.

İGİS-in sahibi və operatoru funksiyalarını Dövlət Gömrük Komitəsi həyata keçirir. Komitə İGİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görməli, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə, ölkə Prezidentinin 3 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyası”na uyğun olaraq, İGİS-in “Hökumət buludu”nda yerləşdirilməsini, aparılmasını və təkmilləşdirilməsini təmin etməlidir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media