https://innews.media/uploads/news/2026-06/_innews_7f3f26bb18c39c35808e3fe3d_o.jpg
İyulun 28-də, saat 11:00-da "Kapital Bank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"innews media" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvannında ("Port Baku Towers 2") olacaq.
Yığıncağın gündəliyinə 2025-ci maliyyə ilinin yekunlarına əsasən "Kapital Bank"ın səhmdarlarına dividend ödənilməsi və Bankın Müşahidə Şurasının əsasnaməsində dəyişiklik edilməsi daxildir.
Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "PAŞA Holdinq" MMC-dir.
Ən son xəbərləri səhifəmizdən də izləyin