logo
Milli Dram Teatrında Karel Çapekin "Ana" tamaşasının məşqlərinə başlanıldı

Milli Dram Teatrında Karel Çapekin "Ana" tamaşasının məşqlərinə başlanıldı

Milli Dram Teatrında Karel Çapekin "Ana" tamaşasının məşqlərinə başlanıldı Milli Dram Teatrında Karel Çapekin "Ana" tamaşasının məşqlərinə başlanıldı

Akademik Milli Dram Teatrında Karel Çapekinin “Ana” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb.

Akademik Milli Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi İlham Əsgərov tamaşanın yaradıcı heyəti ilə görüşüb, onları yeni səhnə əsərinin məşqlərinə başlanılması münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Tamaşanın quruluşçu rejissoru Ərşad Ələkbərov, səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Andrey Ukleyn, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.

Yeni səhnə əsərində xalq artisti Mehriban Zəki, əməkdar artistlər Kazım Həsənquliyev, Şəlalə Şahvələdqızı, aktyorlar Murad İsmayıl, Elsevər Rəhimov, Tural İbrahimov, Elçin Nurəliyev, Kənan Hüseynov və Nihad Aslan iştirak edirlər.

Çex yazıçısı Karel Çapekin “Ana” pyesi sülh, humanizm ideyalarını əks etdirir. Əsər müharibə və onun fəsadlarına, ananın yaşadığı iztirablara həsr olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media