https://innews.media/uploads/news/2026-06/_innews_a00fd614300e1cf2e258f4d3c_o.jpg
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə əməliyyat-axtarış tədbiri həyata keçirilib.
"innews media" xəbər verir ki, keçirilmiş tədbirlər nəticəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun həbs edilməzdən əvvəl Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən boş torpaq sahəsində basdıraraq gizlətdiyi silah-sursat aşkarlanıb.
Əməliyyat zamanı 1 ədəd "Kalaşnikov" markalı avtomat, silaha məxsus 1 ədəd daraq və 9 ədəd patron aşkar edilərək götürülüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri səhifəmizdən də izləyin