https://innews.media/uploads/news/2026-06/_innews_a00b7a40f2d9b2f2e546a92d3_o.jpg
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində “Şöbələrarası koordinasiya və nəticəyönümlü əməkdaşlıq” mövzusunda təlim keçirilib.
Nəzəri və praktiki hissələrdən ibarət olan təlimdə struktur bölmələri arasında əməkdaşlığın gücləndirilməsi, çoxistiqamətli proseslərin daha səmərəli idarə olunması və nəticəyönümlü iş yanaşmasının inkişaf etdirilməsi məsələləri diqqət mərkəzində olub.
Təlim zamanı effektiv koordinasiya, kommunikasiyanın təkmilləşdirilməsi və komanda işinin əhəmiyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, təmir, tikinti, quraşdırma, layihələndirmə və digər fəaliyyət istiqamətlərinin vahid koordinasiya çərçivəsində həyata keçirilməsi Agentliyin fəaliyyət effektivliyinin artırılmasında mühüm rol oynayır.
Təlimin məqsədi struktur bölmələri arasında əməkdaşlığın daha da gücləndirilməsi və iş proseslərində səmərəliliyin artırılması olub.
Ən son xəbərləri səhifəmizdən də izləyin