logo
Azərbaycan - Türkmənistan münasibətlərində yeni mərhələ: Bakıda imzalanan sənədlərin əhəmiyyəti

Azərbaycan - Türkmənistan münasibətlərində yeni mərhələ: Bakıda imzalanan sənədlərin əhəmiyyəti

Azərbaycan - Türkmənistan münasibətlərində yeni mərhələ: Bakıda imzalanan sənədlərin əhəmiyyəti Azərbaycan - Türkmənistan münasibətlərində yeni mərhələ: Bakıda imzalanan sənədlərin əhəmiyyəti

2026-cı il iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasına dövlət səfəri edib. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirilən görüşlər iki qardaş ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Danışıqların yekunu olaraq müxtəlif sahələri əhatə edən geniş sənəd paketi imzalanıb və mübadilə edilib.  

İmzalanan sənədlər Azərbaycan ilə Türkmənistan arasında siyasi dialoqun, iqtisadi tərəfdaşlığın və humanitar əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Əvvəlcə dövlət başçıları tərəfindən Prezidentlərin Birgə Bəyanatı imzalanıb ki, bu da iki ölkənin strateji əməkdaşlığının gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi sənəd kimi qiymətləndirilir.  

Səfər çərçivəsində gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinə dair iki mühüm sənəd qəbul olunub. Bunlar daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün texniki şərtlər və qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında protokoldur. Həmin sənədlər ticarət dövriyyəsinin artmasına, yükdaşımaların sürətlənməsinə və şəffaflığın təmin edilməsinə xidmət edəcək.  

İmzalanan sənədlər arasında gənclər və idman, əmək və sosial müdafiə, səhiyyə, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrini əhatə edən anlaşma memorandumları və sazişlər də yer alıb. Bu sənədlər iki ölkə arasında təcrübə mübadiləsinin genişlənməsinə, müvafiq sahələrdə birgə layihələrin həyata keçirilməsinə və vətəndaşların rifahının yüksəldilməsinə imkan yaradacaq.  

Xüsusilə energetika sahəsində əməkdaşlıq haqqında saziş diqqət çəkir. Azərbaycan və Türkmənistan Xəzər regionunun mühüm enerji istehsalçıları kimi enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və yeni ixrac imkanlarının yaradılmasında birgə fəaliyyət göstərmək niyyətini təsdiqləyiblər. Bununla yanaşı, 2026–2028-ci illər üzrə sənaye sahəsində əməkdaşlıq proqramı və iqtisadi əməkdaşlığın inkişafı və dərinləşdirilməsinin əsas istiqamətləri haqqında saziş iqtisadi əlaqələrin daha da genişlənməsinə zəmin yaradır.  

Maliyyə sahəsində əməkdaşlığın inkişafı məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkmənistanın Maliyyə və İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Xarici siyasət sahəsində isə iki ölkənin Xarici İşlər nazirlikləri arasında 2026–2029-cu illər üçün Əməkdaşlıq Proqramı qəbul olunub ki, bu da beynəlxalq platformalarda qarşılıqlı fəaliyyətin gücləndirilməsinə xidmət edəcək.  

Beləliklə, Prezident İlham Əliyevin və Prezident Sərdar Berdiməhəmmədovun iştirakı ilə imzalanmış sənədlər Azərbaycan–Türkmənistan əlaqələrinin hərtərəfli inkişafına yeni təkan verir. Ortaq tarixə, mədəniyyətə və qardaşlıq münasibətlərinə əsaslanan bu əməkdaşlıq regionda sabitliyin, iqtisadi inkişafın və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

 

YAP Şirvan şəhər təşkilatı

məsləhətçi İsrayılov Amil Faiq oğlu

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media