logo
Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı məlumat

Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı məlumat

Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı məlumat Neft Emalı Zavodunda baş vermiş hadisə ilə bağlı məlumat

18 iyun tarixində saat 08:30 radələrində Neft Emalı Zavodunun 31 saylı Katalitik Reforminq Qurğusunda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın hadisəsi baş verib.

“innews media” xəbər verir ki,  SOCAR Downstream MMC-nin yaydığı məlumata görə hadisə dərhal nəzarətə götürülüb və Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.

Zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media