https://innews.media/uploads/news/2026-06/_innews_6a0b7c31c9125c02003eab4f8_o.jpg
AmCham Azərbaycanın 17 iyun 2026-cı il tarixində keçirilən İllik Ümumi Yığıncağı çərçivəsində Palatanın üzvləri tərəfindən 2026–2028-ci fəaliyyət dövrü üzrə yeni Prezident və İdarə Heyəti seçilib.
Yeni seçilən İdarə Heyətində Azərbaycanda fəaliyyət göstərən aparıcı yerli və beynəlxalq şirkətlərin yüksək səviyyəli rəhbərləri təmsil olunur. Heyətdə Cisco, McDonald's, Philip Morris International (PMI), Deloitte kimi aparıcı ABŞ şirkətlərinin nümayəndələrinin təmsil olunması Amerika bizneslərinin Azərbaycandakı fəal iştirakını və ölkənin investisiya mühitinə olan davamlı marağını bir daha nümayiş etdirir.
Yeni İdarə Heyətinin tərkibi aşağıdakı üzvlərdən ibarətdir:
Günay Cəlilova – Yelo Bank-ın İdarə Heyəti sədrinin müavini
AmCham Azərbaycanın Prezidenti olaraq yeni İdarə Heyətinin üzvləri arasından Deloitte şirkətinin İdarəedici Partnyoru Nuran Kərimov seçilib.
Yeni idarə heyəti növbəti iki il ərzində AmCham Azərbaycanın ölkədə əlverişli biznes və investisiya mühitinin təşviqi, dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, biznes ictimaiyyətinin maraqlarının müdafiəsi, eləcə də Azərbaycan və ABŞ arasında ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.
AmCham Azərbaycan təşkilata rəhbərlik etdiyi dövrdə göstərdiyi liderlik, xidmət və dəyərli töhfələrə görə sabiq Prezident Dəyanət Sədullayevə, eləcə də onun sədrliyi ilə fəaliyyət göstərmiş İdarə Heyətinin üzvlərinə dərin təşəkkürünü bildirir, yeni seçilmiş rəhbərliyə isə qarşıdakı fəaliyyətində uğurlar arzulayır.
AmCham Azərbaycan haqqında
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.




Ən son xəbərləri səhifəmizdən də izləyin