logo
DOST-dan nümunəvi təşəbbüs: İsmayıllıda İnklüziv Yaradıcılıq Yarmarkası

DOST-dan nümunəvi təşəbbüs: İsmayıllıda İnklüziv Yaradıcılıq Yarmarkası

DOST-dan nümunəvi təşəbbüs: İsmayıllıda İnklüziv Yaradıcılıq Yarmarkası DOST-dan nümunəvi təşəbbüs: İsmayıllıda İnklüziv Yaradıcılıq Yarmarkası

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı DOST Evi filialı tərəfindən İsmayıllı rayonunda açıq havada İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, dövlət qurumlarının nümayəndələri, ictimaiyyət nümayəndələri, şəhid ailələri üzvləri və rayon sakinləri iştirak ediblər.

Yarmarkada İsmayıllı DOST Evi filialının fəaliyyəti ilə bağlı təqdimatlar olub, filialda hazırlanan yaradıcılıq nümunələri nümayiş etdirilib. İştirakçılara həssas əhali qruplarından olan şəxslərin sosial adaptasiyasına yönəlmiş inklüziv layihələr barədə məlumat verilib.

Tədbir çərçivəsində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan regional filialı da təmsil olunub, qurumun fəaliyyəti və göstərdiyi xidmətlərdən bəhs edilib.

“COCA-COLA Azərbaycan” şirkətinin sosial tərəfdaş qismində dəstək göstərdiyi tədbirin bədii hissəsində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əməkdaşları musiqi nömrələri ilə çıxış ediblər.

İnklüziv Yaradıcılıq Yarmarkası iştirakçılar tərəfindən maraqla qarşılanıb, həssas əhali qruplarının yaradıcılıq imkanlarının nümayiş etdirilməsi və inklüziv dəyərlərin təşviqi baxımından əhəmiyyətli sosial platforma kimi yadda qalıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media