https://innews.media/uploads/news/2026-06/_innews_db1b99af8b15489e06495a73d_o.jpg
Mərkəzi Bank ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi tərəfindən “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə” mövzusunda birgə sertifikasiya proqramı təşkil olunub.
Beşgünlük təlim proqramında kommersiya banklarının, investisiya şirkətlərinin komplayens, əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə və hüquq struktur bölmələrində çalışan əməkdaşları iştirak edib.
Proqram zamanı çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əsas anlayışlar, predikativ cinayətlər, aidiyyəti tərəflərin rol və məsuliyyətləri, risklərin qiymətləndirilməsi, peşə öhdəlikləri, məqsədli maliyyə sanksiyaları, beynəlxalq təşkilatların fəaliyyəti üzrə mühüm məqamlar səsləndirilib.
Praktik məşğələlərlə zəngin proqramda iştirakçıların sualları cavablandırılıb. Proqramın yekununda iştirakçılar üçün imtahan təşkil edilib, iştirakçı sertifikatları təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin