logo
“Mastercard”ın KOB-ların Etimad İndeksi: Azərbaycan KOB-ları fəal şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və maliyyə mənbələrinə daha geniş çıxış imkanları axtarırlar

“Mastercard”ın KOB-ların Etimad İndeksi: Azərbaycan KOB-ları fəal şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və maliyyə mənbələrinə daha geniş çıxış imkanları axtarırlar

“Mastercard”ın KOB-ların Etimad İndeksi: Azərbaycan KOB-ları fəal şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və maliyyə mənbələrinə daha geniş çıxış imkanları axtarırlar “Mastercard”ın KOB-ların Etimad İndeksi: Azərbaycan KOB-ları fəal şəkildə rəqəmsal texnologiyaları tətbiq edir və maliyyə mənbələrinə daha geniş çıxış imkanları axtarırlar

- Azərbaycan KOB-larının 84%-i rəqəmsal və onlayn ödənişlərin biznesin böyüməsi üçün vacib olduğunu hesab edir.

- Onların 53%-i maliyyə xidmətlərinə və kreditlərə çıxış imkanlarının asanlaşdırılmasını ən yüksək böyümə potensialına malik sahə kimi qeyd edirlər.

- KOB-ların 54%-i artıq rəqəmsal ödənişlərin tətbiqi və əməliyyatların modernləşdirilməsi istiqamətində addımlar atır.

“Mastercard”ın ən son KOB-ların (Kiçik və Orta Biznes) Etimad İndeksinə (Mastercard SME Confidence Index) əsasən, Azərbaycanın kiçik və orta biznes müəssisələri öz bizneslərini gücləndirmək və gələcək inkişafı təmin etmək məqsədilə fəal şəkildə rəqəmsal texnologiyaları tətbiq edirlər.

Araşdırmalar müəyyən edib ki, Azərbaycandakı KOB-ların 84%-i rəqəmsal və onlayn ödənişləri biznesin böyüməsi üçün vacib hesab edirlər, onların yarıdan çoxu (53%) isə maliyyə xidmətlərinə və kreditlərə çıxış imkanlarının asanlaşdırılmasını ən yüksək inkişaf potensialına malik sahə kimi qeyd edirlər.

“Mastercard” şirkətinin KOB-ların Etimad İndeksi Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda KOB-ların əhval-ruhiyyəsini, prioritetlərini və inkişaf perspektivlərini əhatə edən çoxbazarlı araşdırmadır.

Rəqəmsallaşma və maliyyə imkanlarına çıxış inkişaf təşəbbüsünü stimullaşdırır

Araşdırmanın nəticələri Azərbaycan KOB-ları arasında rəqəmsal transformasiyaya güclü marağın olduğunu üzə çıxarır. Müəssisələrin yarıdan çoxu (54%) artıq rəqəmsal ödənişlərin tətbiqi istiqamətində çalışır ki, bu da daha müasir və müştəriyönümlü biznes modellərinə doğru aşkar keçidi əks etdirir.

Eyni zamanda, sahibkarlar biznesin miqyasını genişləndirmək üçün hansı dəstəyə ehtiyac duyduqlarını aydın şəkildə ifadə edirlər. KOB-ların 45%-i maliyyəyə çıxış imkanı ilə yanaşı, sadə və asan anlaşılan ödəniş üsullarını inkişaf üçün əsas amil kimi müəyyən edir, təxminən eyni qədər müəssisə isə gələcək üçün əməkdaşların təlim və ixtisasartırmasının vacib olduğunu vurğulayır.

Gələcək perspektivlər

Mövcud iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan KOB-ları dayanıqlılıq nümayiş etdirməyə davam edirlər. Respondentlərin yarıdan bir qədər çoxu (51%) cari iqtisadi mühiti əlverişli hesab edirlər, 50%-i isə yaxın 1 il üçün biznes perspektivlərinə inamla yanaşırlar. Əldə olunan nəticələr göstərir ki, müəssisələr öz fəaliyyətlərini gücləndirmək və modernləşdirmək üçün praktiki addımlar atmaqla yanaşı, həm də inkişaf imkanlarına diqqət yetirməyə davam edirlər.

Azərbaycanda rəqəmsal iqtisadiyyatın dəstəklənməsi

“Mastercard” Azərbaycanda biznes müəssisələrinin rəqəmsal transformasiyasını dəstəkləmək üçün dövlət və özəl sektordan olan tərəfdaşlarla işləməyə davam edir.

Azərbaycan Mərkəzi Bankı ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən “Nağdsız Azərbaycan” proqramı vasitəsilə “Mastercard” rəqəmsal ödənişlərin tətbiqinin genişləndirilməsini və ölkənin daha rəqəmsal iqtisadiyyata keçidinin sürətləndirilməsini dəstəkləyir.

Bu inkişaf dinamikasına əsaslanaraq, “Mastercard” və Azərbaycan Mərkəzi Bankı bu yaxınlarda “Azərbaycanda rəqəmsallaşmanın növbəti dalğası” adlı birgə araşdırmanı təqdim ediblər. Bu araşdırma KOB-ları Azərbaycanın rəqəmsal iqtisadiyyatının növbəti inkişaf mərhələsinin təkanverici qüvvəsi kimi müəyyən edir və ödəniş qəbulunun daha da genişləndirilməsi imkanlarını nümayiş etdirir.

“Mastercard” həmçinin innovativ maliyyə həllərinə çıxışın genişləndirilməsi, transsərhəd ödənişlərin optimallaşdırılması və yeni rəqəmsal ödəniş məhsullarının tətbiqi məqsədilə banklar, fintex şirkətləri və ekosistem üzrə tərəfdaşlarla əməkdaşlıq edir.

KOB-lar uyğunlaşmağa və böyüməyə davam etdikcə, “Mastercard”ın KOB-ların Etimad İndeksi həm onların dayanıqlılığını, həm də yeni imkanlardan faydalanmağa nə dərəcədə hazır olduqlarını nümayiş etdirir. Etibarlı texnologiyaları, strateji tərəfdaşlıqları və rəqəmsal texnologiyalar sahəsində təcrübəsi sayəsində “Mastercard” Azərbaycanın biznes müəssisələrini inkişaf yolunda dəstəkləməyə sadiqdir.  

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media